İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa telekanalı: “Azərbaycanın işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa olunur”

641 24.03.2023 20:05 Son xəbər A A

Azərbaycanın işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa olunur.

“Report” xəbər verir ki, bu fikir Fransanın “Arte” telekanalının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı “Qarabağ, qayıtmaq vaxtıdır” reportajında yer alıb.

Telekanalın müxbirləri 44 günlük müharibənin başa çatmasından iki il sonra hazırda Qarabağda baş verənlər və işğaldan azad edilmiş ərazilərin necə bərpa olunduğu barədə süjet hazırlamaq üçün Azərbaycana səfər ediblər.

Reportajda qeyd olunur ki, Qarabağ gərginlik mənbəyi olaraq qalır və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmayıb. 2023-cü ilin əvvəlində isə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar dalana dirənib.

Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa olunur. Hətta məcburi köçkünlər də “Böyük Qayıdış” proqramı çərçivəsində orada yaşamaq üçün ilk dəfə geri qayıda bildilər.

Süjetdə qeyd olunur ki, Azərbaycan Qarabağın firavan gələcəyi naminə vaxtilə xarabalığa çevrilmiş ərazilərdə yollar, evlər, məktəblər tikir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR