İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransa Korsikada da göstərdi ki, 21-ci əsrdə müstəmləkəçi siyasətini davam etdirir”-RƏY

370 13.03.2023 13:55 Siyasət A A

 

“Dövlətlərin suverenliyi, haqq-ədalətlə bağlı ayrı-ayrı dövlətlərə dərs keçməyə çalışan Fransanın hazırkı iqtidarı zamanında Napoleon Bonapartı yetişdirən, yarım milyon insanın yaşadığı Korsikada insanların təməl hüququnu tanımır”.

Bu fikri Musavat.com-a açıqlamasında Korsikada Korsikan dilinin istifadəsinin qadağan olunması mövzusunu şərh edən politoloq Xəyal Bəşirov deyib.

O bildirib ki, Fransa özünün yüz illiklər boyu qanla, haqsızlıqla müşayiət olunan müstəmləkəçilik siyasətindən əl çəkə bilmir:

160046309_4122410211149426_57534.jpg (43 KB)

“Bu, 21-ci əsrin müstəmləkəçilik siyasətinə müəlliflik edən Fransa dövlətinin növbəti qanuna, hüquqa zidd addımlarının davamıdır. Korsikada yarım milyona yaxın insanın ana dilində danışmaq hüququnu pozan və onları Korsikan dilində deyil, fransız dilində danışmağa məcbur edən Makron hakimiyyəti Cənubi Qafqazda cəmi 20-25 min erməninin hüququ ilə bağlı Azərbaycan dövlətinə nağıllar danışır. Fransa dövlətinin bu ikiüzlü siyasəti heç bizim hər hansı bir dəlillərimizə də ehtiyac duymur. Bu gün təkcə yeni Kaledoniyada belə insanların təməl hüquqlarını pozan Fransanın nəyinki Azərbaycana, dünyanın heç bir ölkəsinə belə öyüd-nəsihət vermək haqqı yoxdur. Çünki Fransanın yüzilliklə boyu Afrika ölkələrinə, Latın Amerikasında yaşayan xalqlara qarşı törətdiyi cinayətlər hər kəsə məlumdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Fransa zamanında müstəmləkə kimi yanaşdığı, cinayətlər törətdiyi həmin dövlətlərdən və xalqlardan rəsmi qaydada üzr istəməlidir. Yalnız bundan sonra Fransa qeyd etdiyimiz məsələlərlə bağlı proseslərdə hansısa formada iştirak edə bilər. Əks təqdirdə isə düşünürəm ki, Fransa dövlətinin bu məsələlərdə ayrı-ayrı dövlətlər və xalqlara tövsiyə vermək hüquqi yoxdur”.

Politoloq bildirib ki, Avropa Parlamenti və digər təşkilatlar vasitəsilə Fransa mümkün qədər bizim kimi dövlətlərə təsir göstərməyə çalışır:

“21-ci əsrdə bu düşüncə ilə idarəetməni həyata keçirən bir dövlətin dünyada baş verən bu kimi proseslərdə iştirak etmək haqqı yoxdur”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR