İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransa imperatorluğu qorumaq üçün demokratiyaya kölgə salmaq istəyir”-Siyasi şərhçi  

409 06.12.2023 17:33 Siyasət A A

“Söz, mətbuat, düşüncə azadlığı demokratik dəyərləri özündə cəmləşdirən prinsiplərdir. Bütün dövlətlər bu prinsipləri qəbul etməlidirlər. Təəssüf ki, Fransa başda olmaqla, bir sıra Qərb dövlətləri demokratiya ideyalarını siyasi hakimiyyətlərini genişləndirmək üçün istifadə edirlər, demokratiya ideyası altında ayrı-ayrı dövlətləri işğal edirlər, həmin dövlətləri klonlaşdırırlar. Buna “sorosçu”ların əli ilə Gürcüstanda, Ukraynada, Ermənistanda hakimiyyət dəyişikliyini misal çəkə bilərik”.

Bu fikirləri Musavat.com-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. O bildirib ki, Fransa imperatorluğu qorumaq üçün demokratiyaya kölgə salmaq istəyir:

“Fransa demokratiya adı altında xalqların azadlığına kölgə salmaq istəyir. İmperiyaların ən böyük qorxusu söz və mətbuat azadlığıdır. Azərbaycanlı jurnalistin deportasiya edilməsi isə mətbuat azadlığının boğulmasının bariz nümunəsidir. Jurnalistlərin təqib olunması beynəlxalq hüququn tapdalanması deməkdir. Bu baxımdan Fransanın hazırkı siyasəti qərəzlidir.

Fransa Cənubi Qafqaza daxil olmaq istəyir. Regionun aparıcı dövləti Azərbaycandır. Fransa Cənubi Qafqazda öz koloniyasını yaratmaq üçün erməniləri dəstəkləyir. Xüsusilə, informasiya blokadası yaratmağa cəhd edir. Bu, beynəlxalq öhdəliklərin tapdalanmasıdır və hesab edirəm ki, bu kimi hadisələrə siyasi qiymət verilməlidir”. 

  

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR