İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Cənubi Qafqazda hərbi kontingent yaratmağa çalışır

1095 25.10.2023 16:40 Siyasət A A

“Son vaxtlar Fransanın Ermənistanla xüsusilə hərbi sahədə əməkdaşlığının artmasının şahidi oluruq. Hesab edirəm ki, bu, Fransanın Ermənistana olan rəğbətindən irəli gəlmir. Bəziləri deyir ki, Fransanın erməni lobbisindən müəyyən asılılığı olduğu üçün belə addımlar atır. O halda niyə son vaxtlara qədər etmirdi? O zamanlar ən yaxşı halda bəyanatlarla dəstəyini verirdisə, indi əməli işlər görməyə cəhdlər edir”.

ELSEN.jpg (135 KB)

Bu fikirləri Musavat.com-a açıqlamasında AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev deyib.

O hesab edir ki, dünyada gedən proseslər fonunda regionda baş verən hadisələr, perspektivdə olan siyasi, iqtisadi layihələr Fransanın maraqlarına cavab vermir: “Fransanın xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı gedən danışıqlardan ciddi narahatlığı var. Mühüm əhəmiyyətli logistik layihənin rəhbərlərindən biri olmaq onun əsas məqsədidir. Ermənistanla müxtəlif əməkdaşlıq layihələri həyata keçirmək istəyi məhz bu məqsədlərdən doğur. Ermənistanın silah-texnika parkının gücləndirilməsinə gəlincə, düşünürəm ki, silah-sursatlar Ermənistanın hərbi potensialında ciddi bir dəyişiklik edə bilməz. Bu dəyişiklik uzun illər ərzində çəkilən xərclərin həcmi on milyardlarla ölçülsə idi, effektli olardı. Bunun üçün Ermənistanın pulu yoxdur, kənardan isə heç kim havayı yardım etməyəcək”.

Elşən Mustafayevin fikrincə, Fransa-Ermənistan əməkdaşlığının əsas məqsədi Zəngəzur dəhlizinə nəzarət etmək istəyinə zəmin yaratmaqdır:

“Fransa Ermənistana müəyyən silahlar verməklə yaxın gələcəkdə hərbi kontingentini qarşılıqlı razılışmalara əsaslanıb bölgəyə yeritmək istəyir. Bugünkü vəziyyətdə bunun həyata keçməsi çətindir. İlk növbədə bu, Rusiyanın problemidir və növbəti addımları çox güman ki, tezliklə görəcəyik. Hələlik Rusiya bazalarının bölgədə mövcudluğu, rəsmi İrəvanın iqtisadi sahədə asılılığı Aİ-nin əl-qolunu rahat açmağa imkan vermir. Ermənistan ilk olaraq bu asılılıqlarını neytrallaşdırmalıdır. Doğrudur, hazırda bu istiqamətdə müəyyən cəhdlər edir. Amma hələ ki, istəyinə çatmaq üçün real nəticələrin işartısını görmürəm.

Həmçinin, İranın Fransa hərbçilərinin sərhədlərində mövcud olmasına real reaksiyasını da görə bilərik. Azərbaycan isə əsas müttəfiqi Türkiyə ilə bölgədə vacib olan layihələrin həyata keçməsi üçün bütün gücündən istifadə etməklə bərabər, hərbi potensialını daha da böyütməklə bağlı işlərini heç vaxt dayandırmayıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, açıq etiraf olunmasa da, Fransanın Zəngəzur dəhlizi ilə bağlı maraqları bir çox Qərb dövlətləri, hətta ABŞ-la belə üst-üstə düşmür. Yəni onun regionda məlum məqsədlə təmsil olunma istəyinə qarşı çıxan güclər olacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR