İnsanlara hürriyət, millətlərə istiqlal!

Formula 1-də türk dünyasını təmsil edən pilot Cem Bölükbaşı kimdir?- FOTOLAR

1534 11.06.2022 14:44 İdman A A

Bakıda keçirilən Formula 2 yarışlarında ilk dəfədir ki, türk pilot iştirak edir.

Musavat.com xəbər verir ki, türk dünyasının ilk pilotu olan Cem Bölükbaşı Bakıda bu yarışlara qatılmasından məmnunluğunu da ifadə edib.  Cem Bölükbaşı Twitter səhifəsində paylaşım edərək aşağıdakıları vurğulayıb:

"2018-ci ildə bir espor oyuncusu olaraq ilk dəfə Bakıya gəlmişdim. Formula-2 araçlarını gördüyümdə o qədər sürətlərindən etkilənmiştim ki, videoya çəkmişdim önümdən keçişlərini. 4 il sonra təkrar Bakıdayam, amma bu səfər Formula 2- də yarışmaq üçün. Mən xəyalımı yaşayıram".

Cem Bölükbaşının Bakı trasında yarışması həm yerli media, həm də Formula izləyiciləri arasında böyük maraqla qarşılanıb. Yarışların keçirildiyi ərəfədə sosial şəbəkələrdə onunla şəkilini paylaşan xeyli izləyici görmək mümkündür. Cem Bölükbaşının dünyaca məşhur Formula yarışlarına qatılması türk dünyasının yeni bir uğuru kimi xarakterizə edilir. Dünyada izləyicisi, böyük reklam payı olan bu yarışlarda Türkün bayrağını görmək, adını duymaq izə hər kəsə bir başqa sevinc yaşadır. 

Məlumat üçün onu da bildirək ki, motokros, daha sonra kartinqlə məşğul olan Cem həm Türkiyə traslarında, həm də Avropa səviyyəsində çıxış edib, lakin sonradan virtual yarışlara maraq göstərib və bu sahədə kifayət qədər uğur qazanıb. O, AlphaTauri komandası ilə rəsmi Formula 1 Esports Series yarışlarında qalib gəlməyi bacarıb, lakin 2019-cu ildə Cem GT4 Euro Series-dən başlayaraq real avtoidman dünyasına qayıdıb, burada Pro-Am sinfində yarışıb və bundan sonra formulalara qayıtmaq qərarını verib.

555.JPG (49 KB)

FU0kiYRXsAIRdxu.jpg (148 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR