İnsanlara hürriyət, millətlərə istiqlal!

Flora Kərimova bu həftə evə buraxılacaq

333 18.06.2026 12:17 Ölkə A A


Xalq artisti Flora Kərimova bu həftənin axırı xəstəxanadan evə buraxılacaq.

Bu barədə Musavat.com-a açıqlamasında sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib. Onun sözlərinə görə müğənni özünü yaxşı hiss edir:

“Səhhəti normallaşıb. Həkimlər söz veriblər ki, bu həftənin axırı evə buraxılacaq”.

Qeyd edək ki, Flora Kərimova bir neçə gündür xəstəxanada müalicə alır. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Köməkçisinin sözlərinə görə, sənətkarın ürək və beyinlə bağlı sağlamlıq problemləri mövcuddur.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR