İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya qərar verdi: “Rusiya ilə sərhəddə bu məntəqələr bağlanır”

361 16.11.2023 16:22 Dünya A A

 

“Finlandiya Rusiya ilə sərhəddə dörd sərhəd keçidini bağlamaq qərarına gəlib”.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Petteri Orpo bildirib. Qeyd edilir ki, Vaalimaa (Rusiya tərəfində bu, Torfyanovka keçid məntəqəsidir), Nuyamaa (Brusniçnoe), İmatra (Svetoqorsk) və Niirala (Vyartsilya) məntəqələri şənbə günü, noyabrın 18-nə keçən gecə və ən azı 2024-cü il fevralın 18-dək bağlanacaq.

Xatırladaq ki, iki gün öncə Finlandiyanın daxili işlər naziri Mari Rantanen demişdi ki, Finlandiya Rusiya ilə sərhəd-keçid məntəqələrində məhdudiyyət tətbiq edə bilər. Bildirilmişdi ki, son aylar üçüncü ölkələr üzərindən sığınacaq axtaranların sayında artım müşahidə edildiyi üçün bu tədbir görülə bilər.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR