İnsanlara hürriyət, millətlərə istiqlal!

FİFA-nın yeni reytinqi - Azərbaycan 128-cidir

651 23.06.2022 21:45 İdman A A

İyunun 23-də FİFA milli futbol komandalarının yeni reytinqini açıqlayıb. Novator.az bildirir ki, oyunların əhəmiyyəti, rəqiblərin çəkisi nəzərə alınmaqla əldə edilən nəticələrə əsaslanan reytinqdə Azərbaycan 211 yığma arasında 128-ci yerdə göstərilir.

İran 23-cü, Ukrayna 27-ci, Rusiya 35-ci, Türkiyə 42-ci, Özbəkistan 77-ci, Gürcüstan 82-ci, Ermənistan 92-ci, Qırğızıstan 95-ci, Belarus 96-cı, Tacikistan 108-ci, Estoniya 109-cu, Qazaxıstan 114-cü, Latviya 129-cu, Türkmənistan 135-ci, Litva 142-ci, Moldova 178-cidir.

Reytinqin ilk 5 pilləsində Braziliya, Belçika, Argentina, Fransa və İngiltərə qərar tutub.

Azərbaycanın milli futbol komandasına 2020-ci il iyulun 10-dan italyan Canni De Byazi baş məşqçilik edir. Yığma onun dövründə 3 qələbə əldə edib, 16 məğlubiyyət alıb, 7 oyunu heç-heçə bitirib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR