İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN-in şöbə rəisinin intihar etməsinin səbəbi məlum olub - FOTO

1811 30.05.2023 14:00 Hadisə A A

Mayın 28-i Abşeron rayonunda vəzifəli şəxs intihar edib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub.

Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib.

Məlumata görə, nazirliyin əməkdaşı uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

İntihardan əvvəl yazdığı vəsiyyətnamədə də xəstəliyin əzablarına dözə bilmədiyini qeyd edib.

O, canına qəsd etməmişdən əvvəl zəng edib ailəsinə də bildirib. Hadisə qeyri-iş saatında, mərhumun atasının evində baş verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR