İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN ağır qəza ilə bağlı məlumat yaydı

669 02.01.2023 09:09 Hadisə A A

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkirdə baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

FHN-dən Musavat.com-a verilən xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili elektrik dirəyinə çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR