İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Şəfiyev: "Ermənistan bizim üçün təhdid deyil"

583 16.02.2024 16:48 Siyasət A A

"Ermənistan bizim üçün təhdid deyil, Qərbdəki bəzi qruplar münasibətlərin normallaşmasına əngəl olmağa çalışırlar".

Musavat.com bildirir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə deyib.

"Qərbdə Azərbaycanı əsassız yerə ittiham edir, Ermənistanı isə silahlandırırlar. Ermənistan qanunvericiliyində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Belə olan halda ilk növbədə konstitusiya məsələsi həll olunmalıdır.

Biz özümüzü Qərbdən təcrid etmirik. Amma onların bizə qarşı olan yanaşmasında problem var. Bu gün Azərbaycan Qərblə əməkdaşlığı davam etdirir. Biz özümüzü təcrid etməmişik. Amma Avropa İttifaqının Türkiyə və Azərbaycana qarşı qərəzli münasibətini göstərən açıq faktlar da var", - deyə Fərid Şəfiyev qeyd edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR