İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fənərbağça" Türkiyə kubokunun 7 qat qalibi olub

890 12.06.2023 00:42 İdman A A

"Fənərbağça" Türkiyə Kubokunun finalında "İstanbul Başakşehir"ə qalib gəlib.

"Report" xəbər verir ki, İzmirdə keçirilən oyun "Fənərbağça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə artıq matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb.

Beləliklə, “Fənərbağça” tarixində 7-ci Türkiyə Kubokunu qazanıb. Komanda Kuboku son dəfə 10 il əvvəl - 2012/13 mövsümündə qazanmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR