İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstinin baş naziri: “HƏMAS dövlətin yaradılmasına cəlb edilməlidir”

378 08.12.2023 12:00 Dünya A A

Fələstinin baş naziri Muhammed Stayye hesab edir ki, Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasında radikal HƏMAS hərəkatını cəlb etmək mümkündür.

Musavat.com xəbər verir ki, bu barədə o, “Bloomberg”ə məlumat verib.

“Həmas oktyabrın 7-nə qədər bir şeydir, lakin ondan sonra başqadır”, - hökumət başçısı qeyd edib. “Əgər onlar razılığa gəlməyə və Fələstin Azadlıq Təşkilatının siyasi platformasını qəbul etməyə hazırdırlarsa, deməli, dialoq üçün fürsət var”, - baş nazir deyib.

"Fələstinlilər bölünməməlidir" deyən Ştayye edir ki, İsrailin HƏMAS-ı məğlub etmək məqsədi real deyil və hərəkatın nümayəndələri yeni rəhbərlik strukturuna daxil edilməlidir.

Baş nazirin sözlərinə görə, Fələstin Administrasiyası münaqişə bitdikdən sonra Qəzza zolağının idarə olunması üçün uzunmüddətli planı ABŞ rəsmiləri ilə müzakirə edir.

“Bloomberg” agentliyinin məlumatına görə, tərəflər razılaşıblar ki, İsrail Qəzza zolağını yenidən işğal etməməli, öz ərazisində bufer zona yaratmamalı və fələstinliləri qovmamalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR