İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa İrandan şübhələndiyini AÇIQLADI: Başqa bir ölkə… - Detallar analitiklə CANLI

1912 29.03.2023 15:59 Gündəm A A

Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı millət vəkili Fazil Mustafa haqqında paylaşım edib.

Bu haqda Tvitter hesabında yazıb. “Ayağından və çiynindən yaralanan millət vəkilimiz tez-tez İran rejiminə qarşı çıxışları ilə gündəmdə idi. O, son günlərdə də İranın “Hüseyniyyun” terror təşkilatı tərəfindən təhdid olunmuşdu. Sonuna az qalıb İran-fars rejimi!” - paylaşımda deyilir.

Milli Məclisin deputatı Fazil Mustafanın son durumu açıqlanıb. Bu barədə lent.az-a danışan deputatın həyat yoldaşı Zülfiyyə xanım bildirib ki, həkimlər sağlıq durumu ilə əlaqədar hələlik onun ayılmasını istəmirlər:

"Qanaxması olduğu üçün Fazil Mustafa bu gün yenidən əməliyyat olundu. Hazırda durumu ilə bağlı dəqiq heç nə bilmirik. Amma həkimlər hələlik ayılmamasını məsləhət bilirlər".

Yoldaşı Fazil Mustafanın bədənindəki güllənin həkimlər tərəfindən evdə çıxarıldığını deyib: "İkinci əməliyyat qanaxması olduğu üçün həyata keçirildi. Güllə isə hadisədən dərhal sonra elə evdə həkimlərin müdaxiləsi nəticəsində bədənindən çıxarılmışdı".

Xatırladaq ki, 2023-cü ilin martın 28-i saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

TVMusavat-ın saat 16:00-da canlı efirində “Həftə içi”nin qonağı olan hərbi analitik Alparslan İmamqulu sui-qəsd, ölkədə təhlükəsizliyin təminatı məsələlərini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR