İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa əfv sərəncamından danışdı: "Ölkədə elə islahatlar aparılacaq ki,..."

1057 08.05.2023 13:52 Son xəbər A A

 

“Bu sərəncamın dəyəri həm də ondan ibarətdir ki,  müzakirələr çox demokratik, şəffaf mühitdə aparılıb. Komissiyanın bütün üzvləri hər bir məhbusla bağlı mümkün səviyyədə ciddi arqumentlər gətirərək, onların azadlığa çıxa bilməsi üçün çalışıblar”.

Bu fikirləri Musavat.com-a deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, bu, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində verilmiş anlamlı sərəncamdır: “Bu, həm də ölkə başçısının bu günə qədər göstərdiyi humanist davranışın növbəti sübutudur. Gözləntiləri doğrulmayan insanlar var ki, növbəti sərəncamlarda onların sevinəcəyinə inanıram. Hər bir halda bu sərəncam bir çox ailəyə sevinc bəxş etdi. Azərbaycan cəmiyyəti dövlətin humanist yanaşmasını təqdir edir.

Siyahıda tanınan yaxud tanınmayan şəxslərin olmasından asılı olmayaraq əsas məsələ ədalətli yanaşmadır. Hesab edirəm ki, sərəncam kifayət qədər ədalətlidir. Ümid edirik ki, əfv olunmuş şəxslər bir daha cinayət əməlinə əl atmayacaqlar. Elə bir cəmiyyətimiz olmalıdır ki, kriminal fəaliyyət azalsın. Ölkədə elə islahatlar aparılacaq ki, səbəbsiz yerə azadlıqdan məhrumetmə tamamilə aradan qalxacaq və məhkəmələr elə qərarlar verəcək ki, əfv instansiyasında onların düzəldilməsinə ehtiyac qalmayacaq”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR