İnsanlara hürriyət, millətlərə istiqlal!

FACİƏ: Bir gün fərqlə iki qardaş ürəktutmasından dünyasını dəyişdi

1410 06.11.2022 03:00 Hadisə A A

Türkiyədə bir ailədə faciə yaşanıb.

Musavat.com xəbər verir ki, bir gün fərqlə iki qardaş ürəktutmasından dünyasını dəyişiblər.

Hadisə Türkiyənin Ordu şəhərinin Gülyalı rayonunda baş verib. 44 yaşlı Şaban Aydın və böyük qardaşı 55 yaşlı Birol Aydın bir gün arayla infarkt keçirərək dünyasını dəyişib.

Samsun Təhsil və Araşdırma Xəstəxanasında mühafizəçi işləyən 44 yaşlı Şaban Aydın noyabrın 2-də işləyərkən infarkt keçirib. Həkimlərin bütün səylərinə baxmayaraq Aydını xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Aydının cənazəsi cümə axşamı Ordunun Gülyalı rayonunun Mustafalı qəsəbəsində torpağa tapşırılıb. Şaban Aydının böyük qardaşı və təqaüdçü baş mühafizəçi Birol Aydın qardaşının dəfnindən bir gün sonra xəstələnib.

Xəbərdarlıq üzərinə evə gələn həkimlər Birol Aydının da infarkt keçirdiyini müəyyən ediblər. Təcili yardımla xəstəxanaya çatdırılan Birol Aydını da yolda edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Birol Aydın bu gün günorta saatlarında Meliha Hatun məscidində qılınan cənazə namazından sonra qardaşının yanında dəfn edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR