İnsanlara hürriyət, millətlərə istiqlal!

ETX və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalandı FOTO

507 04.07.2024 09:23 Ölkə A A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndə heyəti 1-2 iyulda Gürcüstana işgüzar səfər edib.

Musavat.com xəbər verir ki, səfər çərçivəsində ETX və Gürcüstanın Ədliyyə Nazirliyi yanında Rəqəmsal İdarəetmə Agentliyi arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu tərəflər arasında informasiya təhlükəsizliyi, məlumat və təcrübə mübadiləsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.

Qeyd edək ki, ETX Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sının icrasına uyğun olaraq digər ölkələrin CERT-ləri və oxşar qurumları ilə əməkdaşlığın qurulması istiqamətində fəaliyyətini davam etdirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR