İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Əliyevdən spikerə DƏSTƏK: "Fakt varmı?"

524 08.07.2026 13:25 Siyasət A A

Sabiq deputat, təhsil eksperti Etibar Əliyev Milli Məclisin sədri Sahibə Qafarova ilə bağlı səsləndirilən iddialara münasibət bildirərək ona dəstəyini ifadə edib.

Musavat.com xəbər verir ki, Etibar Əliyev bunları qeyd edib: 

"Sərdar Cəlaloğlu bildirib ki, Sahibə xanım Qafarova Slavyan Universitetindən gəldiyinə görə Rusiyanın maraqlarına xidmət edir. O, daha sonra deyib ki, Slavyan Universiteti dil öyrətmək adı altında Rusiyanın maraqlarını açıq şəkildə müdafiə edən bir mərkəzdir. Siyasətçinin qənaətinə görə, hansısa güclər Sahibə Qafarovanı Milli Məclisə sədr gətirib. O, həmçinin Oqtay Əsədovdan sonra yenidən həmin ali təhsil müəssisəsindən olan bir şəxsin parlament sədri seçilməsini narahatlıq doğuran məsələ kimi təqdim edib. Doğrudanmı Bakı Slavyan Universiteti Rusiyanın maraqlarını müdafiə edib? Bu universitetin hansı rektoru Rusiyaya bağlı olub? Sovet İttifaqının süqutundan sonra, 1990–1997-ci illərdə universitetə professor Firudin Hüseynov rəhbərlik edib. Yaxşı tanıdığım bu görkəmli Azərbaycan alimi universitetdə əsl milli təhsil mühiti yaratmışdı".

“Sahibə Qafarova daim ölkəmizin mənafeyini müdafiə edir” – Vitse-spiker

Ekspert daha sonra Sahibə Qafarovanın əmək fəaliyyətinə də toxunub: 

"Sahibə Qafarova 1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib. 1981–2020-ci illərdə isə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) laborant, müəllim, baş müəllim, dosent, professor, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb".

Etibar Əliyev vurğulayıb ki, Firudin Hüseynovdan sonra universitetə rəhbərlik edən rektorlar – Kamal Abdulla, Asif Hacılı, Nurlana Əliyeva və hazırkı rektor Anar Nağıyev də Rusiyaya bağlı şəxslər olmayıblar. O, həmçinin universitetin tanınmış məzunlarını da xatırladıb: 

"Professor Afaq Rüstəmova, professor Kamal Abdulla, politoloq Zəfər Quliyev, Əminə Yusifqızı, Akif Əli, Faiq Sücəddinov, general Cavanşir Məmmədov, Şahmar Ələkbərzadə, Vilayət Hacıyev, Sərdar Amin, Mehriban Vəliyeva, türkoloq Nizami Məmmədov, Fərid Hüseyn, Vladimir Portnov, Səlahəddin Quliyev və başqaları bu ali təhsil müəssisəsinin məzunlarıdır. Bunlardan hansının "Rusiyanın adamı" olması barədə kiminsə əlində hər hansı fakt varmı? Mən Milli Məclisin deputatı olmuşam və professor Sahibə Qafarovanı yaxşı tanıyıram. O, Azərbaycanın milli maraqlarını hər zama6 n ləyaqətlə müdafiə edən, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi dərindən bilən və onları daim üstün tutan ziyalıdır. Sahibə Qafarova orta məktəb müəllimliyindən professorluğa qədər bütün mərhələləri öz zəhməti və biliyi ilə keçmiş dəyərli Azərbaycan xanımıdır".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR