İnsanlara hürriyət, millətlərə istiqlal!

Estetik əməliyyatlar haramdır? - Rafael İsgəndərova cavab

784 05.07.2024 16:27 Şou-biznes A A

Əməkdar artist Rafael İsgəndərov plastik əməliyyat etdirməyin günah olduğunu bildirib.

Onun sözlərinə görə, travma nəticəsində burunda olan çəpər əyriliyini əməliyyat etdirmək olar, amma Allahın verdiyini dəyişdirmək doğru deyil.

Bəs aktyorun dediklərində dini baxımdan həqiqət varmı?

Bakupost.az-ın sualını ilahiyyatçı Tural İrfan cavablandırıb.

O, aktyorun dediklərinin doğru olduğunu bildirib:

“Tibbi cəhətdən zəruri olmayan əməliyyatlar haramdır. Bu, Allahın işinə müdaxilədir. Ana görünüşünü dəyişir, sonra qız doğulanda görür ki, anasına oxşamır. Çünki anasının əməliyyatdan əvvəlki görünüşünü görməyib. Bu əməliyyatlar hələ çox dəhşətli fəsadlar və çarəsiz dərdlərə gətirib çıxaracaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR