İnsanlara hürriyət, millətlərə istiqlal!

"Eşref Rüya"nın aktyoru VƏFAT ETDİ - FOTO

1846 02.04.2026 08:40 Mədəniyyət A A

Baş rollarda Çağatay Ulusoy və Demet Özdemirin çəkildiyi "Eşref Rüya" serialının aktyor heyətində yer alan Ramazan Tetikdən acı xəbər gəlib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, ürəktutmasından reanimasiya şöbəsinə yerləşdirilən 37 yaşlı aktyoru həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Gənc yaşda dünyasını dəyişən Tetikin vəfatı ailəsini və sənət dünyasını yasa boğub.

"Eşref Rüya" serialının çəkiliş heyəti və aktyor həmkarları sosial media hesabları vasitəsilə başsağlığı mesajları yayımlayıblar.

Mərhumun dəfn mərasimi ilə bağlı detalların yaxın saatlarda dəqiqləşəcəyi gözlənilir.

Musavat.com

Ramazan Tetik

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR