İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın yeganə xilas yolu Cənubi Qafqazdadır - RƏY

505 27.10.2023 16:14 Siyasət A A

“Tiflisdə 3 Cənubi Qafqaz ölkəsinin baş nazirlərinin görüşünü müsbət məqam kimi qiymətləndirmək olar. Bu, müstəqillikdən sonra sırf 3 Cənubi Qafqaz ölkəsinin rəsmilərinin ilk görüşü kimi həm də tarixi bir hadisədir. Ümid edək ki, bu görüş gələcəkdə 3 Cənubi Qafqaz ölkəsinin rəsmilərinin daimi əsasda keçiriləcək görüşlərinin başlanğıcı olacaq”.

Bu fikirləri Musavat.com-a politoloq Fuad Çıraqov bildirib.

FUAD.jpg (229 KB)

Politoloq Prezidentin Gürcüstana səfərini xatırladıb:

“Ümid edək ki, bu görüş çərçivəsində müzakirə edilən əsas mövzulardan biri regional təhlükəsizlik və sülh məsələləri olub. Bu görüşdən əvvəl Azərbaycan Prezidentinin Gürcüstana səfəri olmuşdu. Həmin görüş zamanı ölkə başçısı sülh müqaviləsi və Cənubi Qafqazın üç ölkəsinin birlikdə əməkdaşlığına dair mühüm mesajlar və çağırışlar etmişdi. Prezidentin həmin səfər zamanı verdiyi əsas mesajı kobud şəkildə bu cür izah etmək olar:

“Ay Ermənistan, gəl daşı ətəyindən tök, gah Rusiyadan, gah Qərbdən dəstək almağa çalışaraq bu ədavəti davam etdirmək cəhdlərindən əl çək, həmin güclərin maşası və mübarizə meydanı olmaqdan əl çək, səni həmin güclər istifadə və istismar edib, çətin zamanda atırlar, yeganə nicat və xilas yolun regiondadır, Cənubi Qafqazdadır”.

Ümid edək ki, bu mesajlar və dəvət Paşinyan hökuməti tərəfindən müvafiq və müsbət qiymətləndirilib. Əgər Ermənistan bu mesajı alıb razılaşacaqsa, o zaman sülh müqaviləsi Tiflisdə də imzalana bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR