Ermənistan hərbi gücünü sürətlə artırır və revanşist kursunu açıq şəkildə nümayiş etdirir.
Musavat.com xəbər verir ki, Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyanın sözlərinə görə, ölkənin Müdafiə Nazirliyi 2023-cü ildə hərbi-sənaye kompleksi müəssisələri ilə ümumilikdə 427 milyon dollardan çox dəyərində müqavilələr imzalayıb.
Bu müqavilələr çərçivəsində hərbi texnikanın modernləşdirilməsi, yeni texnologiyaların alınması və istehsal gücünün artırılması kimi tədbirlər nəzərdə tutulur.
Analitiklər hesab edirlər ki, Ermənistanın bu addımları regionda hərbi balansı dəyişdirmək cəhdləri ilə əlaqələndirilir və revanşist siyasətin bir göstəricisi kimi qiymətləndirilir.
Musavat.com