İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın sabiq xarici işlər naziri Paşinyanı belə “vurdu”

1450 04.07.2023 16:45 Son xəbər A A

“Qarabağ hakimiyyəti yalnız bir ünvana - Ermənistan rəhbərliyinə, Nikol Paşinyana müraciət etməlidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan jurnalistlərlə söhbətində bildirib.

O, Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın əhalinin təhlükəsizliyinin təmin edilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciətini şərh edərkən belə deyib.

“Qarabağ hakimiyyəti Putinə, Baydenə müraciət edə bilər, nə qədər ki, Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan olduğunu bəyan edəcək, bu, heç bir nəticə verməyəcək. Sonuncular Qarabağın Azərbaycan olduğunu desələr də, bu adamlar heç nə edə bilməyəcəklər. Ona görə də Araik Arutyunyan bir ünvana - Ermənistan hakimiyyətinə müraciət etməlidir”, - Oskanyan əlavə edib.

O, müharibə ehtimalı ilə bağlı da fikirlərini bölüşüb: “Əgər hər şey belə davam edəcəksə, Nikol Paşinyan danışmağa davam edəcəksə və hər şeyi kənara çəkməyə çalışacaqsa, müharibə ehtimalı çox yüksəkdir. Amma bir neçə ay sussa, o zaman müharibə ehtimalı hər gün azalacaq və hesab edirəm ki, iki aydan sonra sıfıra bərabər olacaq. Bu gün görülən işlər sabit dünyaya gətirib çıxara bilməz”.

Vardan Oskanyan qeyd edib ki, bu, Paşinyan hökuməti ilə Azərbaycan arasında hansısa sülh danışıqlarına səbəb ola bilər. Amma bu qərar erməni və Azərbaycan xalqları arasında sülhə gətirib çıxara bilməz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR