İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın olduğu masada biz niyə yoxuq? – RƏSMİ AÇIQLAMA  

1532 10.03.2023 15:07 Siyasət A A

Xəbər verdiyimiz kimi, Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində iclası keçirilib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak etməyib. Səbəbini öyrənmək üçün, Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Musavat.com-a açqılaması belə oldu:

“Bildiyiniz kimi, Azərbaycan Respublikası Ərəb Dövlətləri Liqasının üzvü deyil. Liqanın tədbirlərində üzv olmayan dövlətlər dəvət əsasında iştirak edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1 noyabr 2022-ci il tarixində Əlcəzairdə Liqanın 31-ci Zirvə toplantısında iştirak edib və çıxış edib. Cari ilin fevral ayında da xarici işlər naziri Qahirədə Liqanın yüksək səviyyəli tədbirinə qatılmış, post-münaqişə vəziyyəti, Ermənistanın təxribatları daxil bir sıra mövzularda çıxış etmişdi. Qeyd edilən sammitə və konfransda Ermənistan tərəfi iştirak etməmişdi”.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR