İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın mina terroru - sülh prosesinə də mane olan SƏBƏB

368 22.07.2024 16:53 Siyasət A A

Qarabağ işğaldan azad edilsə də, bu gün hələ də torpaqlarımızdan minalar tam təmizlənməyib. Azərbaycan tərəfi prosesi var gücü ilə aparır. Ancaq məsələyə mane olan məqamlar var - Ermənistanın mina xəritələrini verməməsi və müharibə qanunlarını pozaraq bu minaları hara, necə gəldi basdırması.

Prezident İlham Əliyev iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumundakı “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda çıxışında bir sıra önəmli məqamlarla yanaşı, bu mövzuya da toxundu.

Ölkə başçısı bildirdi ki, 2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb:

b4b68f1a-8952-3e58-b3d9-d8c5c878.jpg (295 KB)

“Təəssüf ki, nəhayət, Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra - bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınırdı və onlar orada basdırılırdı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər.  Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik, üç, dörd, beşmərtəbəli binalardır”.

Təbii ki, Ermənistanın mina terroru sülh prosesinə də mane olur. Azərbaycan hər zaman regionda sülhdən yana olub. Ancaq 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan indi də sülh müqaviləsindən qaçır.

Azərbaycanın Xarici İşlər Nazirliyi yanvarın 21-də yaydığı məlumatda bildirmişdi ki, Ermənistan tərəfindən yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Qeyd olunub ki, indiyədək 342 nəfər mina terrorunun qurbanı olub. Nazirlik, həmçinin bəyan edib ki, hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir.

Ancaq biz bu təzyiqi hələ də görmürük. Əksinə, Fransa kimi dövlətlər Ermənistana dəstək çıxırlar. Guya ermənilərin hansısa hüquqlarının pozulmasından danışırlar.

30 il ərzində Azərbaycan vətəndaşları öz ata-baba yurdlarından kənar qalıblar. Dövlətimiz erməni vandallığı nəticəsində milyardlarla dollar ziyan görüb. Bu gün biz öz ərzilərimizi özümüz bərpa edirik, dövlətimiz vətəndaşı üçün işğaldan azad edilən torpaqlardə hər bir şərait yaradır. Ancaq nədənsə həmin dövlətlər bizim hüquqlarımızdan danışmır, dövlətimizə dəstək göstərmirlər. 30 il işğala susanlar indi də mina terroruna susurlar...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR