İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın bütün cəhdləri boşa çıxdı- RƏY

676 17.08.2023 13:27 Siyasət A A

“BMT Təhlükəsizlik Şurasının dünənki iclasından əvvəl Ermənistan və erməni lobbisi Azərbaycana, beynəlxalq ictimaiyyətə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə psixoloji təzyiq göstərmək üçün bütün mümkün qurumlar və məşhurlardan, hətta Ocampo kimi mübahisəli simalardan istifadə etməklə, beynəlxalq media kampaniyasına böyük resurslar və enerji sərf etdi. Lakin beynəlxalq ictimaiyyət qurban kartının oynanmasına aldanmadı. Ermənistanın bütün cəhdləri boşa çıxdı”.

Bu fikirləri Musavat.com-a Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədr müavini, politoloq Fuad Çıraqov deyib. O vurğulayıb ki, bu, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın Azərbaycana qarşı apardığı ən aqressiv informasiya kampaniyası idi: “Azərbaycan diplomatiyası və dövləti növbəti dəfə çox böyük sınaqdan üzü ağ çıxdı. Dünənki sessiyadan sonra bütün bu səylərdən çox böyük ümidləri və gözləntiləri olan Ermənistanda məyusluğun dərəcəsini təsəvvür etmək çətindir. Paşinyan indi təbii ki, dünən baş verənləri qələbə kimi təqdim etməyə çalışacaq. Amma nəyə əsasən, hansı sənədə əsasən? Heç nə, yığışdılar bir iki dövlət ciddi narahat olduğunu dedi, dağılışdılar. Bütün ümidlər və əməkləri puç oldu. İnanmıram bir də yaxın zamanda bunların bu cür intensivlikdə kampaniya təşkil etməyə resursları və enerjiləri olsun, bu cür sprinter qaçışından sonra ancaq süst düşüb qalmaq olar. Enerjilərini tükəndirdik”.

Ekspert hesab edir ki, Ermənistanın son avantürizmi və özlərini məzlumlaşdırma kartından istifadə cəhdləri sülh prosesinə və iki ölkə arasında münasibətlərin normallaşmasına ciddi zərbə vurdu: “Bütün bunlardan sonra tezliklə bir masa arxasında oturub sülh prosesini müzakirə etmək çətin olacaq. Ermənistan son davranışları ilə gərginliyi ən yüksək həddə çatdırıb və indi belə görünür ki, Ermənistan nəzərəçarpacaq addımlar atmasa, yerdə eskalasiya qaçılmazdır”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR