İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın baş məşqçisi mətbuat konfransını yarımçıq qoyub

744 12.06.2022 09:13 İdman A A


Futbol üzrə Ermənistan yığmasının baş məşqçisi Xoakin Kaparros səfərdə Ukraynaya 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında çətin vəzityyətə düşüb.

"Report"un məlumatına görə, ispaniyalı mütəxəssis ukraynalı qadın jurnalistin sualına cavab vermədən konfrans otağını tərk etməli olub.

Media nümayəndəsi Kaparrosdan Ermənistan yığmasının Ukrayna ilə həmrəylik nümayiş etdirməməsinin səbəbini soruşub. Rəqib komandanın mətbuat katibi baş məşqçinin siyasi suallara cavab vermək istəmədiyini söyləyib. Mütəxəssisin özü də bu barədə danışmaq niyyətində olmadığını bir neçə dildə izah etməyə çalışıb. Sonda isə o, mətbuat konfransını yarımçıq qoyub.

Qeyd edək ki, hazırda Ukrayna millisi 2 oyundan 6 xalla B Liqasında 1-ci qrupa başçılıq edir. Ermənistan isə 3 matçdan 3 xalla sonuncudur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR