İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın aldığı rus qırıcıları ilə bağlı SENSASİON AÇIQLAMA

1658 12.09.2023 14:39 Son xəbər A A

"Ermənistanın 44 günlük müharibədən az əvvəl aldığı Rusiya Su-30-SM qırıcılarının hekayəsi məni təəccübləndirməkdə davam edir".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər rusiyalı politoloq Fyodor Voytolovski tərəfindən səslənib.

Onun sözlərinə görə, əgər Ermənistan hava və raket hücumundan müdafiə sistemləri alıbsa, hava hücumundan müdafiə sisteminin inkişafına üstünlük veribsə və bir neçə ildir ki, Rusiyanın təklif etdiyi hava hücumundan müdafiə sisteminin inkişafı proqramlarında iştirak edibsə, onda 2020-ci ildə vəziyyət başqalarından bir qədər fərqli olmalı idi:

"Çünki belə olan halda Azərbaycanın hava üstünlüyü olmayacaqdı. Mənim üçün bu, hadisələrin qəribə yöndə inkişafı deməkdir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR