İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan FƏRQLİ FİKİR: “Rusiya Qarabağ münaqişəsinin nizamlanmasını istəmir”

1608 28.10.2022 17:32 Region A A

Rusiyaya Qarabağın nizama salınmış statusu sərf etmir, çünki bu halda onun regiona təsiri kəskin şəkildə azalacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu siyasi strateq Karen Köçəryan oktyabrın 28-də Lazarev klubunun iclasından öncə jurnalistlərə müsahibəsində bildirib.

“Burada Qarabağ məsələsinin hansı statusda həll olunacağı, onun Azərbaycanın, Ermənistanın bir hissəsi və ya müstəqil olmasının heç bir əhəmiyyəti yoxdur. Beynəlxalq səviyyədə tanınmış həllin olmaması Rusiya üçün daha faydalı görünür. Və məsələnin birdəfəlik həll olunması Qərb üçün daha uyğundur, çünki bu halda o, öz vəzifəsini həll edəcək, yəni rusları regiondan çıxara biləcək. Əgər məsələ həll olunarsa, o zaman Rusiyanın Qarabağdakı mövcudluğu da tamamilə lüzumsuz olacaq. Əgər Ermənistan-Türkiyə münasibətləri də yoluna qoyulsa, o zaman Ermənistandakı 102-ci Rusiya bazasının əhəmiyyəti qalmayacaq. İranda isə vəziyyət fərqlidir. Tehran açıq şəkildə bildirib ki, regionda yeni oyunçuların olmasına dözməyəcək”, - deyə, Köçəryan bildirib.

Karen Köçəryan Ermənistanın çoxdan Suriyaya çevrildiyini söyləyib. “Allah eləməsin ki, Ermənistan Ukraynaya çevrilsin”,- deyə, erməni politoloq bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR