İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandakı ABŞ biolaboratoriyaları su altında qalıb -SENSASİON İDDİA

1234 02.06.2024 00:16 Gündəm A A

Moskvadakı tədbirdə çıxış edən sabiq müdafiə naziri ölkədə naməlum epidemiya yayılacağını gözləyir   

Məlum olduğu kimi, bu həftə Moskvada Rusiya və Ermənistan münasibətlərinin müzakirə olunduğu birgə platforma- “Lazarev klubu”nun 6-cı iclası keçirilib. İştirakçılar Ermənistandakı vəziyyəti və Moskva-İrəvan  münasibətlərinin gələcəyini müzakirə ediblər. İrəvanda keçirilməsi planlaşdırılan iclas  “Lazerev klubu”nun   koordinatoru, Dövlət Dumasının MDB işləri komitənin  sədr müavini Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyulması səbəbindən iki ildir keçirilmirdi. 

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, müzakirələrdə əsl sensasiya Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın çıxışı olub. Paşinyan dövründə Müdafiə Nazirliyində idarə rəisi də işləmiş Karapetyan  istefasından sonra bir müddət kölgəyə çəkilsə də,  bir neçə ay əvvəl müxalifətə keçdiyini  və “Ümuerməni Cəbhəsi” hərəkatı yaratdığını bəyan edib. General Moskvadakı  çıxışında bəyan edib ki, onun əldə etdiyi məlumata görə, Ermənistanın şimal rayonlarında bugünlərdə olan daşqın zamanı Amerikanın bioloji laboratoriyaları su altında qalıb. “Erməni virusoloqlarının fikrincə, bununla əlaqədar ölkədə naməlum xəstəliklərin epidemiyası gözlənilir “ deyə, o bildirib.

file-2ff87473691ae3a6dc50005ac9fe665b.jpg (362 KB)

Sovet dövründə Ermənistan SSR Mikrobiologiya İnstitutu mikrobiologiya üzrə ən böyük mərkəz sayılırdı. 90-cı illərdə institutun elmi-tədqiqat işləri ABŞ və Böyük Britaniyanı maraqlandırıb. Ermənistanlı mütəxəssisləri Qərb ölkələrində təcrübə keçməyə dəvət ediblər. Laboratoriyalar Ermənistan səhiyyə sisteminə daxildir, lakin ABŞ Müdafiə Nazirliyi yanında Təhlükənin Azaldılması üzrə Agentliyin onlara birbaşa çıxışı var. Yerli mütəxəssislərlə yanaşı, orada amerikalılar da işləyirlər.

Yeri gəlmişkən,   iki il əvvəl tanınmış rusiyalı araşdırmaçı jurnalist Arkadi Mamontovun “Andromeda ştammı” adlanan sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından söz açılırdı.  Filmdə Ermənistandakı laboratoriyalar haqda  təkzibolunmaz  faktlar vardı.Jurnalist bildirib ki, 3 milyon əhalisi olan Ermənistanda 12 belə laboratoriya mövcuddur. Filmdə  bildirilirdi ki, ABŞ biolaboratoriyanın Moskvaya qarşı yönəlib. “Niyə virusların yayılmasının qarşısının alınmasını ABŞ Səhiyyə Nazirliyi deyil, Pentaqon maliyyələşdirir” sualına erməni ekspertlərdən birinin  cavabı belə olmuşdu: “Ermənistanda əsasən, brusellyoz, Sibir xorasının bioloji silah kimi istifadəsinin ekspermentləri keçirilir”.

original.jpg (140 KB)

Filmdə Gümrü və Sevan gölü yaxınlığındakı laboratoriyalardan söhbət açılır, təhlükəli ekspermentlərin yaşayış zonasının yaxınlığında yerləşməsinə diqqət çəkilib. Mamontov milyonların ayrıldığı ABŞ laboratoriyasının yerləşdiyi Gümrüdəki aşağı həyat səviyyəsinə də diqqət çəkib.  

Bu ilin yanvarında  Ermənistanın müdafiə naziri Suren Papikyan Pentaqonla bu məsələ ilə bağlı müqavilə də imzalayıb. Daha bir laboratoriyanın Gümrü şəhərində, Rusiyanın 102-ci hərbi bazası yaxınlığında qurulması nəzərdə tutulub.  

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR