İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda separatçı rejimin maşınlarına həbs gətirilir?

640 16.02.2024 17:17 Dünya A A

 

Nikol Paşinyan hökuməti Qarabağda işğal illərində qurulan qondarma və oyuncaq qurumun avtomobillərini öz nəzarəti altına almaqdan imtina edir. Əvəzində Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinə Qarabağ ermənilərinə məxsus avtomobilləri müsadirə etmək tapşırılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, məsələ burasındadır ki, Qarabağ erməniləri Ermənistana gələrkən qondarma qurumun  “müdafiə nazirliyinin” balansında olan bəzi avtomobillər özəlləşdirilib.  Guya məqsəd bu maşınların Azərbaycanın əlinə keçməməsi olub.  Daha sonra həmin avtomobillər üçün yoxlama talonları və tranzit nömrələri təqdim edilib. Lakin Ermənistana köçdükdən sonra Ermənistan Müdafiə Nazirliyi bu avtomobillərə əl qoyub.

“Özəlləşdirilən” avtomobillərin yiyələri buna görə məhkəməyə müraciət ediblər.

“Digər idarələrin “havada üzən” maşınlarına gəlincə, Paşinyan gec-tez onları da, bəzilərinə görə, şou yolu ilə müsadirə edəcək. Bütün bunların Azərbaycanın tapşırığı ilə, yoxsa könüllü şəkildə edildiyini görmək lazımdır”,-deyə müxalif qəzet yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR