İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “Qisas” panikası: Azərbaycan İrəvanadək gələcək... - Üzeyir Cəfərovla CANLI

780 09.08.2022 14:47 Gündəm A A

İrəvanda Qarabağdan olan erməni qaçqınları Rusiya və Fransa səfirlikləri qarşısında etiraz aksiyası keçirərək, hazırda Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan ərazilərindəki ermənilərin “təhlükəsizliyini təmin etmək” tələbi ilə çıxış ediblər. Bu həftə isə onlar ABŞ səfirliyi və BMT-nin İrəvan ofisi qarşısında eyni tələbi təkrarlamaq niyyətindədirlər.  

Rusiya səfirliyi önündə keçirilən aksiya zamanı narazılar Qarabağda “ona həvalə edilmiş sülhməramlı missiyanı etibarlı şəkildə yerinə yetirmək” tələbi ilə Moskvaya səsləniblər. Bu harasıdır, erməni KİV-lərinin məlumatına görə, Fransa səfirliyi qarşısına toplaşan etirazçılar bu ölkəni Qarabağa sülhməramlı kontingent göndərməyə çağırıblar.

Hadrutdan Ermənistana qaçan və hazırda “Hadrut adına” ictimai təşkilatına rəhbərlik edən Levon Hayriyan bildirib ki, erməni qaçqınlar Fransa tələbləri yerinə yetirənədək oturaq aksiya keçirəcəklər. Aksiyanın digər iştirakçısı, Şuşada qeyri-qanuni məskunlaşmış, lakin 2020-ci ilin payızında Ermənistana qaçan Aşot Arutyunyan deyib ki, onların Minsk Qrupunun həmsədri kimi Fransadan tələbləri Ermənistanla Qarabağ arasında əlaqənin qalması üçün Laçına sülhməramlıların göndərilməsi ilə bağlıdır. 

Əlavə edək ki, baş nazir Nikol Paşinyan da Azərbaycan Ordusunun “Qisas əməliyyatı”ndan sonra Rusiya sülhməramlıları ilə bağlı narazılığını bildirmiş, guya onların öz missiyasını layiqincə yerinə yetirmədiyin və əlavə beynəlxalq sülhməramlı kontingentin cəlb edilməsi mexanizminin hazırlanması zəruriliyinə işarə vurmuşdu. Əlbəttə ki, ilk növbədə Fransa nəzərdə tutulur. 

Lakin Bakının razılığı olmadan Qarabağa heç bir əlavə sülhməramlı gətirilə bilməz. İkinci yandan, maraqlıdır, erməni separatçılardan və Paşinyandan Moskvanı əsəbləşdirən bu davranışa Kremlin cavabı nə olacaq? Maraqlıdır ki, avqustun 8-də Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon söhbəti Paşinyanın təşəbbüsü ilə baş tutub.Tərəflər Qarabağdakı situasiyanı, həmçinin Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təminatı məsələlərini müzakirə ediblər. Nikol Putindən konkret nə istəyir?

“İndiki çətin şəraitdə Ermənistan üçün imkan pəncərəsi ancaq hakimiyyət dəyişikliyi ilə açıla bilər. Əks halda Azərbaycan İrəvana qədər irəliləmək üçün legitim zəmin hazırlayır və vəziyyətin imkan verdiyi qədər irəli gedəcək”. Bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

TV Musavat-ın saat 15:00-da canlı yayınında aparıcı Emil Salamoğlu hərbi ekspert Üzeyir Cəfərovla gündəmi müzakirə edirlər. 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR