İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ölənlərin sayı artıb, doğulanların sayı isə azalıb

579 09.04.2024 01:46 Dünya A A

Ermənistanda 2024-cü ilin ilk iki ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 390 az uşaq doğulub.

Bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral aylarında doğulan uşaqların sayı 5 477, 2023-cü ildə 5 867 olub.

Eyni zamanda, yanvar-fevral aylarında ölənlərin sayı 371 nəfər artaraq 4914-ə çatıb.

Bildirilib ki, Ermənistanda insanlar daha çox qan dövranı sistemi, onkologiya və tənəffüs sistemi xəstəliklərindən ölürlər.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR