İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda "milli qəhrəman" həbs olundu

979 15.01.2024 13:32 Region A A

İrəvan məhkəməsi Ermənistanın "milli qəhrəmanı", Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanı 2 ay müddətinə həbs edib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Xaçatryanın vəkili Varazdat Arutyunyan sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd olunub ki, general-leytenant Xaçatryan silahdan istifadə etməklə dələduzluqda ittiham olunur.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistanda yerləşən restoranlardan birində içkili halda olan Tiran Xaçatryan masa arxasında yaranan mübahisə zamanı silahını çıxarıb və atəş açmağa başlayıb. Nəticədə mübahisə iştirakçılarına heç bir aidiyyəti olmayan bir şəxs yaralanıb.

Xaçatryanın hadisədən sonra gizlənsə də, o ələ keçib. Yaralanan şəxs xəstəxanaya çatdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR