İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda kütləvi dava: polislər döyüldü

471 20.07.2024 18:08 Region A A

İki gün əvvəl Ermənistanın Kotayk rayonunda baş verən insidentin detalları açıqlanıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Hüquq-mühafizə orqanlarına Çarensavanda şənlik zamanı kütləvi dava və şəxslərin bir-birini döyməsi barədə məlumat daxil olub. Nəticədə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və bundan sonra əsl xaos yaşanıb.

Dava iştirakçıları bu dəfə polis əməkdaşlarını döyüb. Onlardan biri qaçmağa çalışıb. Abovyan polis rəisi Edmond Ayvazyan müdaxilə edərək maşını saxlamağa çalışıb. Bu zaman onu avtomobildən asılı vəziyyətdə 20 metr sürüyüblər. Qarninin polis rəisi Hraç Atabekyan isə hadisə zamanı çoxlu zərbələr alıb. Məlumata görə, baş verənlərlə əlaqədar çoxsaylı həbslər həyata keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR