İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda korrupsiya “çiçəklənir” - ETİRAF

532 30.01.2024 15:49 Region A A

2023-cü ildə Ermənistanda korrupsiyanın qəbulu indeksi 47 olub ki, bu da 2022-ci illə müqayisədə bir bənd çoxdur.

Musavat.com-un məlumatına görə, bunu yanvarın 30-da jurnalistlərlə görüşündə "Transparency International" antikorrupsiya mərkəzinin proqramların rəhbəri Varujan Oktanyan bildirib.

O izah edib ki, əgər göstərici 50-dən aşağıdırsa, deməli, korrupsiya dövlət üçün ciddi problemdir.

“Biz heç vaxt bu xətti (50-dən yuxarı), hətta ən yaxşı illərimizdə keçməmişik. İndi Ermənistanda vəziyyət inqilabdan əvvəlki dövrdəki qədər pis olmasa da, bir qədər də pisləşib”, - ekspert qeyd edib.

V.Oktanyanın sözlərinə görə, Ermənistan 2018-ci ildən ciddi irəliləyiş əldə edib, nəzərə alsaq ki, əvvəllər onun indeksi 36 idi, 2020-ci ildə isə 2017-ci ilin göstəriciləri ilə müqayisədə irəliləyiş 14 bənd təşkil edib ki, bu da artım baxımından dünyada ən yaxşı göstərici olub.

QHT nümayəndəsi əlavə edib ki, durğunluq bütün dünyada müşahidə olunur, xüsusən də Ermənistanda 2021-ci ildən bu yana davam edir. Onun sözlərinə görə, həm koronavirus, həm də müharibə Ermənistana mənfi təsir göstərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR