İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “kokain işi” - Keçmiş deputat və məmur axtarışa verildi

370 30.05.2023 20:30 Region A A

Ermənistan Məhkəmə aktlarının icrası xidmətinin keçmiş rəhbəri, parlamentin keçmiş deputatı və biznesmen Miqran Poqosyan “kokain işi” üzrə axtarışa verilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Rəsmi informasiyaya əsasən, aparılan istintaq və digər hərəkətlər nəticəsində əldə edilmiş faktiki məlumatlar və müstəntiqin təqdimatı əsasında prokuror tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ictimai cinayət təqibinin başlanması barədə qərarlar qəbul edildiyi bildirilir.

Həmçinin Ermənistanın “Mrgeni” şirkətinin faktik sahibi Miqran Poqosyan, habelə şirkətin direktoru və anbar müdirinin narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsində və xüsusilə külli miqdarda satmaqda şübhəli bilinərək haqqında cinayət işi qaldırıldığı qeyd olunur.

Xatırladaq ki, bu ilin mayın 18-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ekvadordan meyvə idxal edən şirkət tərəfindən buraya gətirilən 1 ton kokainin saxlandığını elan edib. Nəhəng narkotik partiyası (onun dəyəri təxminən 250 milyon avro qiymətləndirilir) İtaliya və Gürcüstandan tranzitlə Ermənistana idxal olunub.

Bir gün əvvəl İtaliya mediası yerli limanlardan birində 78 tonluq banan yükünün içərisində gizlədilmiş 2,7 ton kokainin saxlanması barədə məlumat yayıb. Narkotuklərin ümumi dəyəri 800 milyon avro olaraq qiymətləndirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR