İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçi öldü - YENİLƏNİB - SİYAHI - FOTO

2335 19.01.2023 13:02 Hadisə A A

Ermənistan Baş Prokurorluğu Göyçə mahalının Azad kəndindəki hərbi hissədə baş verən yanğının təfərrüatını təqdim edib.

Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, yanğın saat 01:30-da, hərbi hissənin binalarından birində sobanın benzinlə qızdırılması səbəbindən baş verib. Hadisə nəticəsində 15 çağırışçı ölüb, daha 6 çağırışçı və bir zabit bədən xəsarətlərilə Göyçə mahalının qarnizon hospitalına gecə saat 02:00 radələrində çatdırılıb.

Yanğınla mübarizə 5 saat davam edib.

Cinayət işinin materialları İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə göndərilib.

Yanğında həlak olan erməni əsgərlərin siyahısını təqdim edirik:

1. Aram Manukyan

2. Volodya Nersisyan

3. Qor Martirosyan

4. Rostom Asryan

5. Muşeq Ambaryan

6. Taron Qaribyan

7. Pavlik Abazyan

8. David Sarkisyan

9. Qraçya Qriqoryan

10. Narek Avakyan

 

11. Qaqik Barseqyan

12. Mişa Dumikyan

13. Hayk Kirakosyan

14. Sergey Gevorkov

15. Hamlet Davtyan

****

Ermənistanın hərbi hissələrindən birində gecə saatlarında yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Yanğın naməlum səbəbdən Qeqarkunik rayonunun Azat kəndi ərazisində mühəndis bölüyünün kazarmasında baş verib.

Gecə saatlarında baş verən yanğında 15 nəfər ölüb.

Yanğında ölən və yaralananların sayı dəqiqləşdirilir. Xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR