İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda boşanmalar çoxalıb, yeni doğulanların sayı azalıb

549 28.10.2022 10:47 Region A A

Ermənistanda boşanmaların sayı çoxalıb, yeni doğulanların sayı azalıb.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin səkkiz ayında ölkədə 22 964 körpə dünyaya gəlib, bu isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 476 körpə azdır. Bundan əlavə, ölkədə bu ilin yanvar-avqust aylarında 10 880 nikah bağlanıb, bu isə 2021-ci ilin ilk səkkiz ayının göstəricisi ilə müqayisədə azdır.

Amma bununla yanaşı ölkədə boşanma hallarının sayında artım müşahidə olunub. Bildirilib ki, hesabat dövründə 2 981 boşanma halı qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 boşanma halı çoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR