İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan təsdiqlədi: Rusiya sərhədçiləri ÇIXARILIR – Kamran Həsənli və Sevinc Telmanqızı CANLIda

610 07.03.2024 16:00 Son xəbər A A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Zvartnots hava limanından rus sərhədçilərin çıxarılması ilə bağlı Moskvaya müraciət barədə açıqlama yayıb.

O, bu barədə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bu məsələ ilə bağlı Təhlükəsizlik Şurası katibinin bəyanatını təsdiq edərək, Rusiyanın məlumatlandırıldığını bildirib:

“İlkin olaraq bir sıra məntəqələrdə, o cümlədən Zvartnots hava limanında rus sərhədçilərin iştirakının müstəqil Ermənistana yardım məqsədi daşıdığı və onların ölkənin bu yardıma ehtiyac duyduğu müddətcə qalması, daha sonra İrəvan öz institusional imkanlarına malik olduqda, bu funksiyaları özünün həyata keçirməsi planlaşdırılıb. İndi hesab edirik ki, Ermənistan institusional olaraq, aeroportun özündə sərhəd xidmətini həyata keçirə bilir. İnanıram ki, Rusiya üçün bu kifayət edəcək və məsələ öz həllini tapacaq”

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli və Sevinc Telmanqızının təqdimatındakı “Kamranla 1” verilişində izləyə bilərsiz.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR