İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan təhlükəsizliyi üçün əlavə təminatlar istəyir

1053 04.09.2023 18:58 Region A A

“Sərhəddə insidentləri istisna etmək üçün əlavə təminatların tətbiqi zərurətini anlamaq lazımdır”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan hökumətinin baş nazirinin müavini Mher Qriqoryan deyib.

Qriqoryan yerli jurnalistlərin avropalı müşahidəçilərin fəaliyyətinin effektivliyi ilə bağlı sualına da cavab verib. O, konkret tərəfdaşın hərəkətlərinə və ya dəstəyin keyfiyyətinə ağ-qara qiymət verməməyə çağırıb.

“Biz problemi dərindən təhlil edib burada hansı oyunçuların və hansı fəaliyyətin çatmadığını anlamalıyıq”, - deyə Ermənistan rəsmisi müəmmalı fikir səsləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR