İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin vitse-spikerindən SENSASİON ETİRAF: “Bizim Rusiya ilə...”

1808 05.09.2023 15:43 Region A A

“Ermənistanın “anti-Rusiya alətinə çevrildiyi” fikrinin heç bir məntiqi yoxdur”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin vitse-spikeri, hakim partiyanın nümayəndəsi Ruben Rubinyan tərəfindən yerli İctimai televiziyanın efirində səslənib.

Rubinyan Ermənistanın Aİ-nin monitorinq missiyasını KTMT missiyasından üstün tutması ilə bağlı iddiaları təkzib edib.

“Aİ müşahidəçilərinin gəlişi ilə bağlı qərar 2022-ci ilin oktyabrında Praqada qəbul edilib, o zaman KTMT müşahidəçiləri ilə bağlı məsələ gündəmdə yox idi. Bundan əvvəl KTMT-nin qısamüddətli missiyası Ermənistana gəlmişdi. Rəsmi İrəvan bu təşkilatın üzvüdür və Ermənistana hücum (Rubinyan Azərbaycanın öz torpaqlarını azad etməsini bu cür təqdim edir - red.) baş verəndə biz haqlı olaraq dəstək gözlədik. Lakin bunların heç biri baş vermədi. Buna görə də bizim Rusiya ilə fikir ayrılıqlarımız yarandı” - deyə vitse-spiker bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR