İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin deputatı: “Ümidimiz Rusiyanın müdaxiləsinədir”

1385 04.09.2023 12:31 Siyasət A A


"Qarabağda Rusiyaya qarşı birbaşa və ya dolayı zərbələr onu aktiv əks tədbirlər görməyə məcbur edəcək".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Rusiya əsas diqqətini Ukrayna cəbhəsinə yönəldib, lakin Cənubi Qafqazda səylərini gücləndirməli olacaq, əks halda hadisələr onun üçün gözlənilməz məcraya keçə bilər. Rusiya və Türkiyə prezidentlərinin bugünkü görüşündə çox güman ki, Qarabağ ətrafında vəziyyət və onun kulminasiya nöqtəsi müzakirə olunacaq. 44 günlük müharibədən sonra Türkiyə Qarabağ probleminin həlli prosesinə tam surətdə qarışıb və öz təsirini maksimum dərəcədə artırmağa çalışır ki, bu da Ermənistanın maraqlarına ziddir”,-deyə Abramyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR