İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində dava: Paşinyanla Koçaryan...

1349 18.01.2024 03:34 Dünya A A

Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan arasında dava düşüb.

Bu barədə Ermənistanın KİV məlumat yayıb.

Qeyd olunur ki, Koçaryan baş nazirin təhlükəsizlik siyasətinin iflasa uğradığını iddia edib.

Keçmiş prezidentin oğlu Paşinyana “sən” deyərək müraciət edib. Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.

Paşinyan isə Koçaryana daha diqqətli danışmağı tövsiyə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR