İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Parisdəki səfirliyi üçün 23 milyon dollara yeni bina alır

397 15.02.2024 17:47 Siyasət A A

 

Ermənistan Fransadakı səfirliyi üçün yeni bina almağa hazırlaşır və hətta layihəyə 23 milyon dollar pul ayrılır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə məlumat hökumətin bu gün keçirilən iclasında açıqlanıb.

Parisin 16-cı rayonunda yerləşən həmin bina 1956-cı ildən Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Estenə məxsus olub.

Hökumətin təklifinə əsasən, sövdələşmənin başa çatdırılması üçün ümumi dəyərin 10 faizi həcmində avans ödənişi, eləcə də binanın dəyərinin təxminən 7,5 faizi həcmində dövlət ödənişləri tələb olunur. Sövdələşmənin 3-4 aya başa çatacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan 21 milyon dollara Londonun mərkəzində yeni səfirlik binası açmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR