İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan öz ordusunu qüdrətli hesab edir, amma...”- Qabil Hüseynli

1117 01.09.2023 17:00 Siyasət A A

“Ermənistan II Qarabağ müharibəsindən sonrakı dövrlə müqayisədə xeyli dəyişib. Xüsusilə də, onların siyasi liderlərinin ritorikası dəyişib. Mənə belə gəlir ki, Ermənistan Hindistandan 750 milyon dollarlıq silah aldıqdan, eləcə də Fransadan 300 milyon dollara yaxın dəyərdə döyüş maşınları aldıqdan sonra sanki ordusunu qüdrətli hesab edir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.

O əlavə edib ki, son vaxtlar Nikol Paşinyanın ritorikasında da müharibə eyhamlarının çoxaldığını görünürdü:

“Üstəlik, Qarabağda gərgin proseslər gedir. Bu proseslər ətrafında Fransanın da köməyilə bu bölgədə humanitar fəlakətin, hətta humanitar genosidin yaşanması haqqında müxtəlif nağıllar uydurub dünya ictimaiyyətinə təsir edə bilirlər. Belə hesab edirlər ki, Qarabağın Dağlıq hissəsində düzüb qoşduqları bu nağıllara sinxron olaraq Ermənistan da özünün hərbi ritorikasını gücləndirməli, bunu da elə təqdim etməlidir ki, Azərbaycan sərhədləri də pozur, Qarabağda erməni əhalisinə qarşı humanitar soyqırımı təşkil edir. Sərhəddə isə erməni əsgərlərinə qarşı müxtəlif provokasiyalar edir və sairə. Bununla da dünyada belə təəssürat yaratmağa çalışır ki, guya Azərbaycan Ermənistana qarşı bir təcavüz siyasətini həyata keçirir və buna görə də Azərbaycana qarşı cəza tədbirləri görülməlidir. Düzdür, bunların hiyləgər xisləti, haray-həşirləri, fitnəsi məqsədinə çata bilmir. Hər bir halda sərhəddəki qarşıdurmalar, həm də Qarabağın dağlıq hissəsindəki ermənilərin hay-küyünün hamısı bir məqsədə yönəlib. Məqsəd Azərbaycanı şərləmək, böhtan atmaq, beləliklə Azərbaycanın həm beynəlxalq təşkilatlar tərəfindən pislənməsini, həm də ölkəmizin gözdən salınması siyasətinin baş tutmasına çalışırlar. Fransa da bir yandan BMT-yə Azərbaycana qarşı yönələ biləcək, hətta cəza tədbirlərini nəzərdə tutan qətnamə qəbul edilməsinə səy göstərir. Beləliklə, özlərinin qəyyumlarından güc, qüvvət alan ermənilər həm Qarabağın dağlıq hissəsində, həm də Ermənistan ərazisində Azərbaycana qarşı gözdənsalma kampaniyası, müharibə vəziyyətinə yaxın bir əhval-ruhiyyəni alovlandırmağa çalışırlar”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR