İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusunun itən daha 2 hərbçisi tapıldı VİDEO

1855 22.09.2022 19:39 Gündəm A A

Ermənistanın 13 sentyabr döyüşləri zamanı yoxa çıxan bəzi hərbçilərindən daha ikisi tapılıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumatda iddia olunur ki, Ermənistan ordusunun iki hərbçisi 9 gündən sonra “mühasirədən çıxa bilib”. Müdafiə Nazirliyi bildirib ki, onlar kapitan Artyom Gevorqyan və kiçik serjant Arman Pilosyandır.

Qeyd edək ki, bunadək itkin düşən daha 40 hərbçinin “tapılması”nı ermənilər sevinclə qeyd etmişdilər. Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında qaçıb aradan çıxan erməni hərbçilər sağ qalmaqdan ötrü dərinliklərdə gizlənməyi, sonradan üzə çıxmağı üstün tutublar. Gülməlisi odur ki, erməni rəsmilər onların guya mühasirədən çıxdığını iddia edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR