İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan məsələni siyasiləşdirməklə buna nail olmağa çalışır-Maraqlı FAKTLAR

701 17.08.2023 12:43 Siyasət A A

 

“Azərbaycan torpaqlarını  44 günlük Vətən müharibəsində Ermənistanın işğalından azad etməklə yeni reallıq yaradıb. Bu yeni reallıq 30 ildə pozulmuş beynəlxalq hüququn bərpasıdır”.

Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov bildirib. O qeyd edib ki, Azərbaycan haqlı olaraq suveren ərazilərinə hörmət tələb edir: “Zaman sübut etdi ki, beynəlxalq hüququn qalib gəlməsi üçün mütləq güclü olmalısan. Belə ki, 28 il icra olunmayan BMT TŞ-nın 4 qətnaməsini Azərbaycan döyüş meydanında icra etdirdi. Azərbaycanın bütün addımları beynəlxalq hüquqa əsaslanır. Beynəlxalq hüquqda və BMT Nizamnaməsində ölkələrin suveren ərazilərinə hörmət prinsipi əsas yer tutur. Azərbaycanın tələbi də suveren ərazilərə hörmətlə yanaşılması ilə bağlıdır. Ermənistan böyük bacısı Fransanın dəstəyi ilə növbəti dəfə BMT TŞ-nın iclasına Laçın yolu ilə bağlı saxta bir məsələni çıxardaraq Azərbaycana qarşı qətnamə qəbul etdirmək istədi. Ermənistanın təqdim etdiyi  saxta, böhtan xarakterli “Laçın yolunun bağlanması nəticəsində Qarabağda yaşayan ermənilərin  humanitar fəlakətə uğraması və soyqırıma məruz qalması” ilə bağlı məsələ qəbul olunmadı. Müzakirələrdən sonra BMT TŞ humanitar məsələləri siyasiləşdirməməyə və mümkün bütün yollardan istifadə olunmasına çağırış etdi. Əlbəttə ki, Azərbaycan Laçın yolunu bağlamayıb və bu yol vasitəsilə hər gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə sərbəst gediş-gəliş  təmin olunur. Laçın sərhəd-buraxılış məntəqəsinin  yaradılması Azərbaycanın suveren hüququdur və Beynəlxalq Ədalət Məhkəməsi də bu məsələni dəstəkləyib”.

A.Badamov vurğulayıb ki, Ermənistanın başqa məqsədi var: “Ermənistan siyasi manipulyasiyalara və təxribatlara əl ataraq vəziyyəti siyasiləşdirməklə Azərbaycanın suveren ərazilərinə müdaxilə etməyinə  cəhd edir. Ermənistanın bütün cəhdləri ədalətsiz olduğundan və yalana söykəndiyindən iflasa məhkumdur. BMT  TŞ-a böyük ümidlə yollanan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qulaqlarını sallayaraq əliboş geri qayıtmalı oldu. Bundan sonra da beynəlxalq müstəvidə Azərbaycan qalib olacaq. Bunu Azərbaycanın diplomatiyasının uğuru, beynəlxalq hüququn təntənəsi hesab edirəm”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR