İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan KTMT-dən rəsmən çıxmaq üçün üç hadisəni gözləyir  

641 01.06.2024 13:02 Siyasət A A

Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra KTMT-dən de-yure çıxacaq. Bu barədə Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə Musavat.com-a Ermənistanın KTMT-nin toplantısına qatılmaqdan imtina etməsini şərh edərkən bildirib.

Partiya rəsmisi deyib ki, artıq demək olar Ermənistan de-fakto KTMT-də fəaliyyətini dayandırıb. İndi isə Nikol Paşinyan KTMT -dən çıxmaq üçün daha uyğun zaman gözləyir. Bu zamanın yetişməsi üçün birincisi, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır, ikincisi, Rusiya Ukraynada strateji və hərbi məğlubiyyətə uğramalıdır:

“Ermənistan KTMT-dən rəsmi çıxarsa, növbəti hədəf Ermənistan ərazisindəki Rusiya hərbi bazasının bağlanması olacaq. Bütün bunları Moskva bildiyi üçün Ermənistanı Kilsənin əli ilə çalxalayır, Paşinyan iqtidarını devirmək istəyir. Düymə artıq basılıb. Rusiya artıq digər qonşu ölkələri də təhdid etməyə başlayıb. NATO və ABŞ-la qarşıdurma fonunda Kreml qonşu ölkələrə qarşı təzyiqləri artıracaq. Rusiya üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri özünün arxa bağçaları kimi qəbul edilir. Rusiyadakı bir sıra hərbi, siyasi dairələr bu ölkələrin müstəqilliyinə hətta nisbi yanaşır. Belə bir vəziyyətdə Azərbaycan Türkiyə və Pakistanla hərbi əməkdaşlığı daha da inkişaf etdirməlidir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR