İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan kommunikasiyalara nəzarəti üçüncü ölkəyə verə bilər

716 13.06.2023 16:14 Region A A

Ermənistan parlamentinin spikeri Alen Simonyana görə, kommunikasiyaların açılması məsələsində heç bir problem yoxdur, danışıqlar prosesi davam edir və tərəflər ortaq məxrəcə gəlməyə çalışırlar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərlə söhbətində bəyan edib.

“Əgər Azərbaycan Rusiya tərəfinin keçidə nəzarət etməsini istəyirsə, Ermənistan da üçüncü ölkənin nümayəndəliyinin nəzarət etməsini istəyə bilər, çünki sərhədlərin açılması, kommunikasiyaların açılması qarşılıqlı prosesdir. Əgər Azərbaycan vətəndaşları Ermənistan vasitəsilə Naxçıvana getməlidirsə, o zaman Ermənistan sakinləri də Azərbaycan ərazisindən Rusiyaya və ya başqa ölkəyə gedə bilməlidir. Şərtlər eyni olmalıdır”, - deyə Simonyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR